Olay
Olay

Coni Rusiyadakı konsertlərini təxirə saldı

Coni Rusiyadakı konsertlərini təxirə saldı

Müğənni Coni Rusiyanın bir sıra şəhərlərində planlaşdırılan konsertlərini təxirə salıb.  

OLAY yazır ki, bu barədə o, instaqram hesabında məlumat verib. 

Açıqlamada deyilir: “Dostlar, təəssüflə bildiririk ki, sentyabrın əvvəlində Rostov-na-Donu, Volqoqrad, Kostroma, İvanovo, Yaroslavl şəhərlərində baş tutmalı olan konsertlərin təxirə salındığını elan etmək məcburiyyətindəyik. Hələ sağalıram, səhhətimin qeydinə qalıram və yeni materialla, yeni formada qayıtmağınız üçün yeni mahnılar yazıram”.

Coni pərəstişkarlarının onu başa düşəcəyinə ümid etdiyini bildirib: “Sənətçinin həyatı təkcə mahnılar və şoular deyil, həm də müntəzəm stress, uçuşlar və yuxusuzluqdan ibarətdir ki, bu da sağlamlıq və ilhamlara çox təsir edir. Xahiş edirəm, mənə sağalmağım üçün bir neçə həftə vaxt verin, mən qayıdacağam, amma yeni mahnılar və güclə”.

“Kimsə planlarını pozdusa, üzr istəyirəm, amma bu zəruri tədbirdir, onsuz davam edə bilməyəcəyəm”,- deyən müğənni alınan bütün biletlərin yeni tarixlər üçün etibarlı olacağını vurğulayıb.