Olay
Olay

“Kişi ola-ola bu söyüşlərdən utandım”

“Kişi ola-ola bu söyüşlərdən utandım”

Məşhur türk komediyaçı Mehmet Ali Erbil açıqlamaları ilə qıcıq yaradıb.

OLAY yazır ki, aylarla komada qalan sənətçi son günlər TikTok-dakı canlı yayımları ilə gündəmə gəlirdi.

Aktyor bu dəfə “Sabah” qəzetinə müsahibə verib. O, Cem Yılmazın “Netflix”dəki serialı “Erşan Kuneri”ni bəyənmədiyini, dövlətin bu ekran işinə müdaxilə etməyinin lazımlı olduğunu bildirib:

“Cem Yılmazın son işi “Erşan Kuneri” məni çox məyus etdi. Sırf söyüşlə izah edilən komediyadır. Xalq tərəfindən bu layihəyə “qırmızı kart” göstərilməlidir. Dövlətimiz də məncə müdaxilə etməli idi. Bu qədər olmaz. Mən kişi ola-ola bu söyüşlərdən utandım. Cem Yılmaz mənim layihədə yer almağımı istəsəydi, qəbul etməzdim. Belə bir layihədə yer almazdım”.

Onun bu açıqlaması isə sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Abunəçilər Mehmetin bu fikir söyləyə biləcək ən axırıncı insan olduğunu bildiriblər.

Qeyd edək ki, M.A.Erbilin rol aldığı bir çox serial və filmlərdə söyüş və təhqir ön planda olub. Həmçinin, o, aparıcısı olduğu proqramlarda da ədəbsiz hərəkətləri ilə yadda qalıb.