Olay
Olay

15 yaşlı oğlu ilk dəfə Britni barədə danışdı

15 yaşlı oğlu ilk dəfə Britni barədə danışdı

Britni Spirsin 15 yaşlı oğlu Ceyden Ceyms Federlayn ilk dəfə anası ilə bağlı müsahibə verib.

OLAY yazır ki, o, Dafn Barak ilə söhbətində anasına nifrət etmədiyini və onunla münasibətlərini düzəltməyi istədiyini bildirib.

“Düşünürəm ki, bu 100% düzəldilə bilər. Sadəcə çox vaxt və səy tələb edəcək. Mən sadəcə onun psixi cəhətdən daha yaxşı olmasını istəyirəm. Yaxşılaşandan sonra onu yenidən görmək istəyirəm”.

Müsahibə zamanı Ceyden 16 yaşlı qardaşı Şon Prestonla analarının Sem Asqari ilə toyunda niyə iştirak etmədikləri barədə də danışıb:

“Onun adına çox sevinirəm. Lakin bizi ailəlikcə dəvət etməmişdi, bizim orada olmağımız yaxşı görünməzdi və mən bilmirəm o toyda bizim başımıza nə gələ bilərdi”.

Ceyden qardaşı Prestonla münasibətlərindən də söz açıb:

“Preston və mən çox həmrəyik. O, həmişə məni axtarır, mən də onu axtarıram. Əminik ki, hər ikimiz də psixi cəhətdən sağlamıq”.

 O bildirib ki, özü hər nə qədər üzüyola olsa da, qardaşı Preston kameraları xoşlamır:

“Anama fotolarının yayılmağını istəmədiyini demişdi, ancaq anam ona qulaq asmamışdı. Bir də anam bizə bərabər sevgi göstərə bilmir. Preston onun qayğısından kənarda qalır və buna çox kədərlənirəm. Hazırda qaldığımız yer keçmişdə aldığımız travmalardan çox uzaqdadır və özümüzü hüzurlu hiss edirik”.