Xalq artisti Miri Yusifin xanımı Nərgiz Mirbabayeva ilə 17-ci evlilik ildönümüdür.
OLAY yazır ki, bu barədə cütlük birgə video çəkib. Belə ki, onlara bir-biriləri ilə bağlı suallar ünvanlanıb. Həmin anları paylaşan Nərgiz bunları yazıb:
“17 ildir bir yerdəyik, amma bu suallardan sonra aydın oldu ki, hələ də bir-birimizi tanımırıq. Nə olsun, qarşıda hələ bir ömür var tanımağa... Səni sevirəm, həyat yoldaşım. İldönümünüz mübərək”.