Rusiyanın NTV kanalının baş prodüseri, əfsanəvi “Bakılı oğlanlar” KVN komandasının üzvü Timur Vaynşteyn xanımı Yana Batırşina ilə birgə Azərbaycan musiqisi sədaları altında rəqs edib.
OLAY yazır ki, sözügedən görüntüləri Y. Batırşina instaqram hesabında paylaşıb.
“Həyatımızın ən yaxşı yayı idi. Maraqlı, çoxlu xoş hadisələr oldu. Təəssüf ki, bu qədər tez bitdi və pərəstiş etdiyimiz bütün Azərbaycan rəqsləri uzun olmadı. Yay 2022, hər şey üçün təşəkkürlər”, - deyə Yana bildirib.