Olay
Olay

Veriliş dəyişir, yeni aparıcı da var

Veriliş dəyişir, yeni aparıcı da var

Samir Bayramlının aparıcısı olduğu “10-da görüşək” verilişinin adı dəyişdirilib.

OLAY-ın əldə etdiyi məlumata görə, MTV-də efirə gedən proqram bundan sonra “Səhərin səsi” adlandırılacaq.

Həftəiçi hər gün səhər 10:00-da yayımlanan verilişin vaxtı da sürüşdürülüb. Belə ki, layihə 09:00-da efirə gedəcək.

Həmçinin, səhər şousunda Samir tək yox, yeni xanım aparıcı ilə olacaq. Bayramlıya tərəfdaşlığı MTV-nin əməkdaşı Afərim Qurbanlı edəcək. Proqram yaxın günlərdə efir həyatına başlayacaq.