Gülşen vəkilləri ilə həbs qərarına etiraz etmək üçün Ali Məhkəməyə müraciət edib.
OLAY yazır ki, bu barədə türk mediası məlumat yayıb.
Qeyd edək ki, konsertlərindən birində müğənni musiqiçisini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə, zarafat edib.
Gülşenin bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib. Tvitterdə #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib. Səhəri gün isə müğənni həbs olunub.