Olay
Olay

Gülşen üzr istədi

Gülşen üzr istədi

Konsertdə səsləndirdiyi fikirlərə görə haqqında cinayət işi başladılan məşhur türk müğənnisi Gülşen üzr istəyib.

OLAY yazır ki, ifaçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Uzun illər birlikdə çalışdığım həmkarlarımla və iş mühitində etdiyim zarafat bədxahlara material verdi… Videodakı çıxışımdan narahat olan və inciyən hər kəsdən üzr istəyirəm”, - deyə, Gülşen paylaşımında vurğulayıb.

Qeyd edək ki, konsertlərindən birində müğənni birini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə, bildirib.

Sənətçinin bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib. Tvitterdə Gülşenin həbs olunması üçün #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib.