Gülşen polislər tərəfindən ifadə vermək üçün İstanbul Cümhuriyyət Baş Prokurorluğuna aparılacaq.
OLAY yazır ki, xalqı kin və düşmənliyə təhrik etmə və aşağılama səbəbilə haqqında cinayət işi açılan müğənni konsert zamanı söylədiyi sözlərə aydınlıq gətirəcək.
***
Milliyet qəzeti yazır ki, istintaqa cəlb edilən müğənni Gülşən barəsində həbs qətimkan tədbiri seçilib. Gülşənin vəkili isə açıqlamasında “Gülşən bu gün mütləq nəzarətə alınacaq”, - deyə bildirib.
Qeyd edək ki, konsertlərindən birində Gülşen birini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə, bildirib.
Sənətçinin bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib. Tvitterdə Gülşenin həbs olunması üçün #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib.
***
Konsertdə səsləndirdiyi fikirlərə görə haqqında cinayət işi açılan Gülşen saxlanılıb. Bununla bağlı “Sozcu.com” yayıb.