Olay
Olay

Gülşen həbsxanaya göndərildi

Gülşen həbsxanaya göndərildi

Gülşen haqda həbs qərarı verilib.

OLAY yazır ki, sənətçi həbs edilərək Bakırköy Qadın Həbsxanasına göndərilib.

İfaçının polis bölməsində verdiyi açıqlama isə belədir:

“Bu qısa görüntünün aylar sonra hansı məqsədlə ortaya çıxarıldığını bilmirəm. Ancaq bunun təxribat məqsədilə edildiyini düşünürəm. Mən o sözləri heç vaxt “İmam Hatip”çiləri və ya ölkəmizin bir hissəsini qaralamaq, təhqir etmək üçün deməmişəm”.

Qeyd edək ki, konsertlərindən birində müğənni birini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə, bildirib.

Gülşenin bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib. Tvitterdə Gülşenin həbs olunması üçün #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib.