Prodüser Anar Mədətov müğənni Sevda Yahyayevanın toyunda iştirak etməməsinin səbəbini açıqlayıb.
OLAY yazır ki, bu barəəd o, “Nahara az qala” verilişində danışıb.
Anar deyib ki, Sevda onu toya çağırmayıb:
“Sevda naxçıvanlıya ərə gedib. Bizim həmyerlimizə. Dəvət etmədi, pulum cibimdə qaldı. Mən hər kəsə yaxşılıq emtişəm, kimsə deyə bilməz ki, Aanar Mədətov pislik edib. Pislik etməsinlər, mən də etməyim. Ola bilər Sevda çağırmayıb, mənim yerimə kimisə dəvət edib. Yaxud da dəvətnaməm səhvliklə başqa adama göndərilib. Naxçıvanlıya ərə gedib, onlar başa salar ki, bizi sevmək lazımdır. Vaxtında da sənə naxçıvanlı Anar Mədətov kömək edib”.
Qeyd edək ki, müğənni həkim-genetik Zakir Bayramovla evlənib. Onların toyu ötən ilin oktyabrında baş tutub.