Olay
Olay

“Mən sizi həmişə xatırlayıram”

“Mən sizi həmişə xatırlayıram”

Xalq artisti Emin Ağalarov dahi sənətkar Müslüm Maqomayevin doğum günü ilə bağlı paylaşım edib.

OLAY yazır ki, Emin Maqomayevin arxiv görüntülərini paylaşaraq onu anıb.

“Bu gün, avqustun 17-də Müslüm Maqomayevin 80 yaşı tamam olacaqdı... Böyük, parlaq, müdrik, istiqanlı, mehriban, bir sözlə inanılmaz... Mən sizi həmişə xatırlayıram və çox sevirəm. Hər şey üçün təşəkkürlər”, - deyə, Emin bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyidir.