Olay
Olay

Ərinin cinayət məhkəməsində huşunu itirdi

Ərinin cinayət məhkəməsində huşunu itirdi

Türk aparıcı Ece Erkenin qətlə yetirilən həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunun cinayət məhkəməsi keçirilib.

OLAY yazır ki, zalda əyləşən Erken göz yaşlarını saxlaya bilməyib. Hətta aparıcı məhkəmə zamanı huşunu itirib. Ecenin vəkili bu hadisə ilə bağlı açıqlama verib. Bildirib ki, o, yıxılarkən başını vurduğu üçün xəstəxanada müayinəyə ehtiyacı ola bilər.

Qeyd edək ki, Ş. Mahmutyazıcıoğlu bu ilin yanvarında gecə saatlarında qətlə yetirilib. Ona 7 dəfə atəş açıldığı bildirilir.