Olay
Olay

Ece Erkenin əri qətlə yetirildi

Ece Erkenin əri qətlə yetirildi

Türkiyəli aparıcı Ece Erkenin həyat yoldaşı, vəkil Şafak Mahmutyazıcıoğlu gecə saatlarında qətlə yetirilib.

OLAY yazır ki, hadisə İstanbulun Bakırköy bölgəsində Şafakın sahib olduğu restoranda baş verib. Kimliyi bilinməyən şəxslər tərəfindən silahlı hücuma məruz qalan vəkil xəstəxanaya çatdırılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb. Ona 7 dəfə atəş açıldığı bildirilir.

Qeyd edək ki, iki uşaq atası olan Ş. Mahmutyazıcıoğlu boşanandan sonra 2021-ci ildə Ece Erkenlə evlənib. İndiyədək bir çox şirkətin hüquqi işlərini idarə edən vəkil 1 il Beşiktaş İdman Klubunun da üzvü olub. O, Fikret Ormanın rəhbər olduğu dönəmlərdə klubun hüquqi işlərinə cavabdeh olub.

1980-ci ildə Rizede dünyaya gələn Ş. Mahmutyazıcıoğlu İstanbul Kültür Universitetinin hüquq fakultəsinin məzunu olub.