“Dəyərli qardaşımın (Şafak Mahmutyazıcıoğlu – red) bədəninə 7 güllə dəyib. Qan itkisi səbəbindən xəstəxanada öldü. Ece (Ece Erken- red) ilə inanılmaz dərəcədə ehtiraslı münasibəti vardı. Bizdə ilk gündən şahid... Şafak qardaş övladlarına çox düşkün idi. Əvvəl sürücünü, sonra Şafakı vurublar”.
OLAY yazır ki, bu barədə “Söylemezsen olmaz” proqramının aparıcısı Bircan Bali canlı yayımda deyib.
O, ağlayaraq həyat yoldaşı öldürülən Ece Erkendən xəbər ala bilmədiyini qeyd edib:
“Saatlardır Ecedən xəbər yoxdur. Gecə xəstəxanaya getdi. Onun öldüyünü eşidən kimi evə göndərdilər. O vaxtdan bəri heç kim Ece ilə əlaqə qura bilmir”.
Qeyd edək ki, türkiyəli aparıcı Ece Erkenin həyat yoldaşı, vəkil Şafak Mahmutyazıcıoğlu gecə saatlarında silahla qətlə yetirilib.