Olay
Olay

Hüseyn çəkiliş zamanı xəsarət aldı

Hüseyn çəkiliş zamanı xəsarət aldı

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov çəkiliş zamanı yaralanıb.

OLAY yazır ki, o, təcili yardım maşınında lentə alınan görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Hüseyn Rusiyanın “TNT” telekanalında yayımlanacaq şouya qatılıb. 

Çəkilişləri bir neçə gündür davam edən layihədə bloger üzündən xəsarət alıb.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı açıqlama verməyən Həsənova ilkin tibbi yardım göstərilib.
Sözügedən görüntüləri təqdim edirik: