WOW
WOW

Xanım Həsənovadan daha bir yenilik - Fotolar

Xanım Həsənovadan daha bir yenilik - Fotolar

Uzun zamandır müxtəlif mövzularda psixoloji seminarlar, təlimlər keçirən psixoloq Xanım Həsənova növbəti “Uğurlu qadın” adlı seminarını təşkil edib.  

OLAY yazır ki, Xanım Həsənova qonaq kimi “Mydom U Nargiz” restoranının sahibəsi Nərgiz Babayeva-Kərimovanı seçib.  Tədbir “My dom u Nargiz” restoranında təkrarsız təqdimatda səhər yeməyi, incə zövqlü hədiyyələr və Kəmalə Əhmədovanın həzin ifası ilə xanımların gününə xoş abu-hava, həyati baxışlarına yeniliklər qataraq keçib. 

Tədbirdə 80- ə yaxın xanım iştirak edib. Seminarın özəl cəhətlərindən biri də o olub ki, gələn qonaqlar arasında həm iş, həm evdar xanım, həm də gənc nəsil-tələbələr iştirak ediblər.  

Daha sonra isə Xanım Həsənova uğurlu olmaq üçün qadınlara nədən başlamaq, necə irəliləmək lazım olduğundan danışıb. Bu yolda qadınlara xüsusi tövsiyyələr verərək tədbirə böyük maraq qatıb. 

“Bu arzu bütün xanımları əks etdirən bir arzudur. Uğurlu qadın kimdir? Uğurlu qadın özüylə gözəl münasibətdə olandır…

Biz dəyərlərimizi qoruyaraq da cəmiyyətə, övladlarımıza nümunə ola bilərik və dəyərlərimizi övladlarımız, dolayısı ilə Vətənimiz Azərbaycana miras qoya bilərik”,- deyə Xanım Həsənova vurğulayıb. 

Daha sonra N. Babayeva öz uğur yolundan, topladığı təcrübələrindən danışıb.

“Çox sevindirici haldır ki, keçirilən təlimlər xanımların həyatında xoş bir dönüşə səbəb olur. 

Dəyərli xanımlar! Fərqində olmaq yetərlidir. Həyatda qarşılaşdığımız hər şey bizə nələrisə öyrətmək üçün gəlir, nələrisə dəyişmək lazım olduğu üçün…

Özünüz olun və özəl olun! Növbəti tədbirlərdə görüşmək diləyilə…”,- deyə psixoloq müraciətində vurğulayıb. 

Qeyd edək ki, Xanım Həsənova düşüncə işığının neçə-neçə həyata atılan gənclərin həyatlarına işıq saçması, bu yolun çox uğurlu olacağından xəbər verir. Qəlblərdə, şüurlarda rahatlıq yaratmaq hər kəsə nəsib olmur. Bunu bacaranlar seçilmişlər olur. Həyatdakı missiyası ilə bunu bacaran Xanım Həsənova yüksək mənəvi dəyərləri ilə könüllərə yol açıb. Bu dəyərlərə görə də ətrafına yığılan hər bir kəs - minnətdarlıq hissi ilə “həyatımın mayakı” deyə səsləyir onu.

X. Həsənova ilə uğur-inkişaf yoluna çıxan təlim alan xanımların oxşar dəyərlərə malik olması belə nəzərdən qaçmır.