Azərbaycanlı infulenser Aysel Şükür Alaçatıda səhnə alan İrem Dericini dinləməyə gedib.
OLAY yazır ki, konsert zamanı pop ulduzla A. Şükür həmsöhbət olub. Belə ki, dostları Ayselin adı və soyadı yazılan zərfi ifaçıya göndərib.
Blogerin soyadını oxuyan İrem “Aysel, sən soyadını niyə belə yazıblar?” deyib, ardınca onun üçün “Kalbimin tek sahibine” mahnısından “Çox şükür, min şükür” sözləri yer alan hissəsini səsləndirib. Daha sonra isə “Xoş gəldin, həmişə gəl”, - deyə, sənətçi Ayselə müraciət edib.