Əməkdar artist Elizbar Osmanovun vəziyyəti ağır olaraq qalır.
OLAY yazır ki, 1 saylı Kliniki Tibbi Mərkəzinin reanimasiya şöbəsində olan xareoqrafın səhhətində bir irəliləyiş yoxdur.
Həmçinin, vəziyyəti pisləşən Əməkdar artistlə bağlı həmkarları, mədəniyyət üzvləri sosial şəbəkələrdə paylaşım edərək onun təcili qana ehtiyacı olduğunu bildiriblər.
Qeyd edək ki, bir neçə gün əvvəl E. Osmanovu maşın vurması barədə xəbər yayılmışdı.