Koronavirusa yoluxan Səyyad Əlizadənin müalicəsi davam edir.
OLAY yazır ki, sənətçinin kürəkəni Razim Qasımov açıqlamasında bildirib ki, ifaçının səhhətində dəyişiklik yoxdur.
"Həkimlər bildirib ki, vəziyyəti ağır stabil olaraq qalır. Məsləhət görüblər ki, hələ komada saxlanılsın. Heç bir irəliləyiş yoxdur" deyə, o, söyləyib.
R.Qasımov əlavə edib ki, S.Əlizadənin xanımı müalicəsini evində davam etdirir:
"O, artıq sağalır".