Olay
Olay

Əməkdar artisti maşın vurdu

Əməkdar artisti maşın vurdu

Əməkdar artist, rəqqas Elizbar Osmanovu maşın vurub.

OLAY qaynarinfo-ya istinadən yazır ki, hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.
1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub. 

Xəstəxanadan verilən məlumata görə, əməkdar artist cərrahi əməliyyata alınıb. Əməliyyat bitib, xəstənin vəziyyəti ağırdır.

Elizbar Osmanovu vuran "BMW" markalı maşının sürücüsü polis tərəfindən dindirilir.