Ötən günlərdə birdəfəlik Bakıya qayıdan müğənni Çingiz Mustafayev sənət faəliyyətini bərpa edir.
OLAY yazır ki, yeni fotosessiyası üçün İsmail Rzayevin obyektivi qarşısına keçən ifaçı layihələr hazırladığını da bildirib.
Bu barədə o, instaqram hesabında məlumat yayıb:
“Salam, dostlar. Hər birinizi Bakıdan salamlayıram! Mənim həyatımın hər dönəmi çox dəyişik və fərqli dəyişimlər keçirib. Son 1 ildə özümü heç vaxt olmayacaq qədər şəxsi inkişafıma və ruhani praktikalarıma həsr elədim. Təbii ki də, çox dəyişimlər keçirdim. Sizə danışmaq istədiyim hədsiz dərəcədə çox emosiyalar, fikirlər, təcrübələr var. Zamanla hər birini bölüşəcəm. 6 aylıq Bali səfərimdən sonra daha dərindən anladım ki, insan həyatında balansı qorumaq ən fundamental prinsiplərindən biridir. Ona görə də, daxili dünyam ilə paralel, yeni nəfəslə və güclə karyeramı davam etdirəcəm. Yaxın günlərdə yeni mahnı və klip ilə qarşınızda olacam. Çox keçməz ki, 2 böyük konsertin elanını paylaşacam. Sizinlə görüşmək üçün səbirsizlənirəm. Gözləmədə qalın. Görüləsi işlər, danışılası çox şeylər var”.