Reper Dado keçmiş xanımı Natavan Həbibinin hamiləlik xəbərlərinə münasibət bildirib.
OLAY yazır ki, Dado bu barədə instaqramda video paylaşıb.
O bildirib ki, N. Həbibinin hamiləlik xəbərini saytlardan oxuyub və onunla heç bir əlaqəsi yoxdur:
“Heç kimin qabağında özümə bəraət qazandırmıram. Məni yenə oyuna salmaq istəyirlər. Biz çoxdan boşanmışıq. Bizim aramızda olan hər şey bitib. Hamiləlik məsələsini mən də sizin kimi öyrənirəm. Allah onu və balasını xoşbəxt etsin”.
Qeyd edək ki, Natavanın hamiləliyi ilə bağlı ilk xəbəri OLAY yayıb.