Aparıcı İlkin Həsəni küsülü olduğu rejissor Kənan MM-lə (Kənan Mahmudov) bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə İlkin “O Kimdir ?” proqramına qonaq olarkən danışıb.
Aparıcı deyib ki, Kənan süni şou yaratmağı sevir: “Kənan uşaqlıq edir. Ətrafı deyir ki, fikir vermə, uşaq qəlblidir. 20 ildən çoxdur bir-birimizi tanıyırıq. Ona qarşı kinim, nifrətim yoxdur, qəlbini bilirəm. Kənan şounu çox sevən insandır. Publikaya oynayır, süni şouları sevir. Bir balaca abardır”.
Qeyd edək ki, illər öncə Kənan feysbukda İlkin Həsəninin müəllifi olduğu layihələrlə bağlı “sizi Fəlakətlər, Bozbaşlar gözləyir, hələ görəcəyiniz günlər qabaqadadır” şərhini yazmışdı.
İ. Həsəni isə ona “Bayaq gördüm ki, 2014-ci ildə ilk filmimizin içinə şey eliyən, nədi onun adı, öz imzasını atan Kənan belə bir şərh yazıb. İstədim şapalaq təsirli bir cavab yazım, baxdım gördüm məni qabaqlayıblar. Kənan yaxşı oğlandır, inşallah tezliklə yaxşı rejissor da olar!” sözləri ilə cavab vermişdi.