Olay
Olay

Zenfiradan ona bayağı deyən Humaya cavab

Zenfiradan ona bayağı deyən Humaya cavab

Tarzən Humay Qədimova 20 illik müğənni rəfiqəsi Zenfira İbrahimovanı bayağı adlandırmasına qarşı tərəfdən cavab gəlib.

OLAY yazır ki, Z. İbrahimova “Maqazin plyus” proqramına açıqlamasında sənətə muğamla gəldiyini, lakin günün tələbatına uyğun olaraq addım atdığını bildirib:

“Bəzi məqamlarda Humayın fikirləri ilə razılaşıram. Muğam ifaçısı olmuşam və bu sənətə belə gəlmişəm. Xalq artisti Alim Qasımovdan dərslər almışam. Bu günün təlabatına uyğun olaraq, belə səpkidə mahnılar ifa etdikdən sonra dərhal məşhurlaşdım. Rusiya, Türkiyə məndən danışmağa başladı. Buna görə də bu mahnıları oxumaqda davam edirəm. Bayağı mahnı yoxdur, bayağı ifaçı ola bilər”.