Ötən gün Özcan Deniz və qardaşı Ercan Deniz arasında razılaşma olmuş, müğənni iki villasını qardaşına vermişdi.
OLAY yazır ki, anlaşmanın əsl detalları üzə çıxıb. Ercan Deniz silahla qardaşının evinə basqın edərək, “Məndən aldıqlarınızı qaytarmasanız, həm sizi öldürərəm, həm də özümü” deyə hədələyib. Hadisəyə Zekeriyaköy Polisi müdaxilə edib. Gərginliyin ardından isə Özcan Deniz və qardaşı məsələni həll etmə qərarı alıblar.