Tarzən Humay Qədimova 20 illik rəfiqəsi olan müğənni Zenfira İbrahimovanı tənqid edib.
OLAY yazır ki, o, bu barədə “Maqazin Plus” verilişinə açıqlamasında deyib.
H. Qədimova ifaçını “bayağı” adlandırıb: “Heç kəsin xətrinə dəymək istəmirəm. Alim Qasımovdan dərs alıb, ancaq baxırsan ki, Zenfira da insanların zövqü ilə ayaqlaşır. Yəqin ki, məcburdur. Hər zaman deyirəm ki, dəst-xətti saxla. Təkcə Zenfiradan söhbət getmir, bir neçəsi var ki, musiqiyə xələl gətirirlər”.