Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayevə donor tapılıb.
OLAY yazır ki, bu barədə aktyorun xanımı Elvina Atakişiyeva TikTok hesabında məlumat verib.
Elvina “bizim böyük ailəmiz, bu gözəl xəbəri sizinlə bölüşmək istədim! Artıq donorumuz tam şəkildə hazırdı. Avqustun ilk həftəsində əməliyyat baş tutacaq. Əməliyyat gününü də sizinlə paylaşacam! Biraz da olsa çətin günləri geridə qoyduq, inanıram ki, əməliyyatımız da uğurlu olacaq. Elvin tam sağlam və gümrah şəkildə ayağa qalxacaq” sözlərini qeyd edib.