Olay
Olay

Kayli Cenner tənqid edildi

Kayli Cenner tənqid edildi

Məşhur amerikan model Kayli Cennerin reper sevgilisi Trevis Skottla paylaşdığı şəkil gündəm olub.

OLAY yazır ki, Kayli sevgilisi ilə instaqram hesabında iki özəl təyyarənin qarşısında foto bölüşərək “səninki ilə gedək, yoxsa, mənimki ilə?” sözlərini qeyd edib.

Onun bu addımı bəzi izləyiciləri tərəfindən xoş qarşılanmayıb. Belə ki, Cennerin sözügedən postuna “necə “təvazökar”sınız, heyran oldum”, “ən yaxşısı havanı çirkləndirməyin”, “planetin məhv olmasının səbəbi sənsən”, “insanların çətinliklərindən o qədər ayrısınız ki...” kimi rəylər yazılıb.