Olay
Olay

Koronavirusa yoluxduğu üçün “Səs”dən çıxdı

Koronavirusa yoluxduğu üçün “Səs”dən çıxdı

“Səs Azərbaycan” iştirakçısı Nofəl Aslanov beynəlxalq layihədən uzaqlaşmağa məcbur olub.  

OLAY-ın əldə etdiyi məlumata görə, “görmədən seçmələr” mərhələsində münsif və tamaşaçıları özünə heyran qoyan ifaçı koronavirusa yoluxub.  

Nofəldə ikinci mərhələyə bir həftə qalmış “COVID- 19” aşkarlanıb.  İfaçı bu səbəbdən də yarışmanı tərk edib.  

Məlumatı N. Aslanov OLAY-a təsdiq edib.  

Xatırladaq ki, layihənin çəkilişləri yay aylarında baş tutub.  İştirakçının səhhəti hazırda qaydasındadır. 

Qeyd edək ki, Nofəl “Səs”in birinci mərhələsində məşhur “İsabel” əsərini səsləndirib. 

Onun çıxışına Xalq artistləri Brilliant Dadaşova və  Tünzalə Ağayeva dönüb. Nofəl seçimini Ağayevadan yana edib.