Ötən gün İctimai TV-də “Səs Azərbaycan” yarışmasının növbəti buraxılışı baş tutub.
OLAY yazır ki, bu dəfə də “görmədən seçmələr” mərhələsində maraqlı anlar yaşanıb. Belə ki, birinci “Səs” layihəsinin iştirakçısı Ağamehdi Mehtiyev növbəti dəfə müsabiqəyə qatılıb.
Gənc ifaçı əfsanəvi “Yuxu” qrupunun “Xəzərin sahilində” mahnısını səsləndirib. O, çıxışı ilə Xalq artistləri Brilliant Dadaşova və Tünzalə Ağayevanı özünə tərəf döndərə bilib.
Maraqlısı odur ki, dünənki efirdə Mehtiyevin birinci “Səs” layihəsində iştirakı barədə məlumat verilməyib. Münsif Eldar Qasımov isə “bir çox müsabiqələrdə iştirak edib” ,- deməklə kifayətlənib.
Ağamehdi seçimini B. Dadaşovadan yana edib. Xalq artisti gənc ifaçını indidən yarışmanın çempionu adlandırıb.
Qeyd edək ki, A. Mehtiyev yarışmanın AzTV versiyasında, 2015-cı ildə iştirak edib.