Olay
Olay

“Mahnılarımı oxumaq üçün yalvaran...”

“Mahnılarımı oxumaq üçün yalvaran...”

Xalq artisti Brilliant Dadaşova növbəti paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi TikTok-da yeni video yerləşdirərək ad çəkmədən bir həmkarına söz atıb:

“Bir vaxt səhnədə yanımda durmaq və mahnılarımı oxumaq üçün yalvaran biri bu gün məni dəhşət heyrətləndirdi. Əqlimi müxtəlif fikirlər aldı. Gözlərim yol çəkib keçmişə daldı. Dəstək olmağımı rica edənlər əsl kişi xislətli mərd yoldaşlardır, sayıb-seçdiyim əziz qardaşlardır. Atalar deyib: “İtə də hörmət et, yiyəsinə görə”.