Olay
Olay

““Netflix” bizə nə demək istəyir?”

““Netflix” bizə nə demək istəyir?”

““Netflix” bizə nə demək istəyir? “Sex education” adlı seriala baxdım. Bu yaxınlarda haradasa rastıma çıxmışdı. Kimsə təklif edirdi ki, Netflix-in adını dəyişib “Sexflix” eləsinlər”.

OLAY yazır ki, bu sözləri sosial şəbəkə hesabında reper ProMete (Pərviz İsaqov) qeyd edib. 

O, sözügedən platforma ilə bağlı fikirlərini bölüşüb:

“Bəli, “Netflix” ciddi cəhdlə cinsi orientasiyalara və ümumiyyətlə intim mövzuya ciddi yer ayırır. Elə məhz bu serial da, bu cür məqamlarla doludur. Amma əsas seksdirmi? Hər bir işdə mesajı görmək vacibdir. Bu serial bir az şişirdilmiş formada olsa da, insana cinsi orientasiyasına, dini baxışlarına, milliyətinə, hətta yaşına görə belə qiymət verməməyə səsləyir. Hisslərlə dolu, dram və texniki həlləri mükəmməl olan ekran işidir. Heç olmasa, bir dəfə də olsa baxmağınızı tövsiyə edirəm. İnsana insan olmağına görə hörmət etməyi gözəl aşılayır”.