Müğənni Rəqsanə İsmayılova oğlunun kiçik toyunun mediaya qapalı olacağını açıqlayıb.
OLAY yazır ki, o, bu barədə qızı Aysun İsmayılova ilə açdığı canlı yayımda danışıb.
“Mən media nümayəndələrini məclisə buraxmayacağam. Qonaqlarıma da xəbərdarlıq edəcəm. Buna qarşı deyiləm. Sadəcə elə qonaqlarımız var ki, hansısa məclisə gəlməyə çəkinirlər. Hamısı iş adamıdır. Yaxud da deyirlər ki, niyə qızımı, övladımı kimsə TikTok-da, instaqramda paylaşsın”, - deyə, Rəqsanə bildirib.
Qeyd edək ki, R. İsmayılova bu ayın 25-i oğluna kiçik toy edəcək.