“Netflix Türkiyə” “Kulüp” serialının ikinci sezonunun olacağı barədə məlumat yayıb.
OLAY yazır ki, yeni mövsümdən ilk görüntü platformanın instaqram səhifəsində paylaşılıb.
Fotoda Matilda, Raşel və onun dünyaya gələn övladı yer alıb. Raşelin qız övladının doğulması, adının isə Rana olması yazılıb.
Qeyd edək ki, 1950-ci illərin təsvir edildiyi serialın çəkilişləri İstanbul – Beyoğlunda İstiklal prospektində gerçəkləşib. Dönəmin Türk-Yəhudi həyat tərzini göstərən serialda ladino dilində (yəhudi ispancası) danışılan səhnələrdə bu dili danışan 50 nəfər rol alıb.
“Kulüp”də baş rolları Gökçe Bahadır, Salih Bademci, Barış Arduç, Asude Kalebek, Fırat Tanış və Metin Akdülger oynayır.