Son günlərdə sosial şəbəkələrdə aktrisa Pərvin Abiyevanın millət vəkili Cavid Osmanovla sevgili olması barədə xəbərlər yayılıb.
OLAY yazır ki, Pərvin İnstaqramda canlı yayım açaraq bu iddialara cavab verib. O, yayılan ittihamları yalanlayıb:
“Onun ailəsi, uşağı və karyerası var. Bu mövzu araşdırılsa həqiqət ortaya çıxacaq. Mənə deyirlər, bu məsələ ilə bağlı nə deyəcəksən? Tanımadığım adam haqqında nə deyə bilərəm? Ağzı açıq şəkildə tamaşa edirəm. Mən əgər nəsə etsəydim, çəkinmədən deyərdim, hər zaman da deyirəm. Neçə vaxtdır ki, internetdən uzağam, sakit həyat yaşamaq istəyirəm. Amma, bu xəbərlərə görə danışmağa məcbur qaldım ki, artıq məndən nə düşündüyümü soruşmayasınız”.
OLAY mövzu ilə bağlı qarşı tərəflə əlaqə saxlamağa çalışsa da millət vəkili zəngləri cavabsız qoyub.
Şahanə Paşa