Tanınmış aparıcı Hacı Nuran Hüseynov ötən günlərdə Bakıda olan aktyor Burak Özçivitə verdiyi hədiyyə ilə gündəmə gəlib.
OLAY yazır ki, sənətçinin ona verdiyi ənam isə Qarabağ xalçası olub.
Bu barədə o, sosial media hesabında yazıb:
“Qonağı Vətəndən əliboş yola salmazlar. Bu, bizim qanımızda, canımızdadır. Hələ ta qədimdən bu elə obaya gələnlərin hədiyyəsi ya Qarabağ atları olub, ya da Qarabağ xalıları. Elə Türkiyənin məşhur aktyoru Burak Özçivit də vətəninə əliboş dönmədi. Dostuma nə bağışlayacağımı düşünürdüm ki, fikrimə elə köhnə adətlərimiz düşdü. Əlbəttə, onun üçün ən gözəl hədiyyə nənələrin göz nuru, əl əməyi olacaqdı”.