Olay
Olay

Ar Kelli 30 illik həbs olundu

Ar Kelli 30 illik həbs olundu

1990-cı illərdə ABŞ-da məşhurlaşan Qremmi mükafatlı R&B və hip-hop müğənnisi Ar Kelli (Robert Silvestr Kelli) cinsi zorakılıq ittihamı ilə 30 il müddətinə azadlıqdan məhrum edilib. 

OLAY yazır ki, Nyu-Yorkun Bruklin şəhərindəki məhkəmədə 55 yaşlı Kelli “18 yaşından kiçik qızlara sistemli cinsi istismar” və “nüfuzdan sui-istifadə” kimi cinayətlərə görə 30 il həbs və 100 min dollar cərimə kəsilib.

Bildirilib ki, son iclasda ifadə verən zərərçəkənlərdən bəziləri qaradərili müğənninin onlara qarşı etdiyi təhqirləri və alçaldıcı azğın davranışlarını izah edərkən göz yaşlarına boğulub, keçmiş ulduza qarşı hiddətlə dolublar.