Olay
Olay

“Eyni çantadan məndə də var, Cenifer Lopezdə də”

“Eyni çantadan məndə də var, Cenifer Lopezdə də”

“Hər ay mütləq nəsə alacam deyə bir şey yoxdur. Elə olar iki-üç ay nəsə almaram. Məsələn, qarderobumda 20, 12 manata aldığım köynəklər var. İmkanım çatan qədər alıram. İnsanın tərbiyəsi onun açıq-saçıq geyimləri ilə ölçülməz”.

OLAY yazır ki, bu sözləri “MTV Maqazin”ə müğənni Gülay Zeynallı söyləyib.

Sənətçi geyimlərindən danışıb:

“Mən ürəyimə yatanı, rahat olduğum və özümə yaraşan geyimləri seçirəm. Saatlarla dəbi izləmirəm ki, görüm bu il nə trenddədir. İşlədiyim atelyelərin rəhbərləri dostlarımdır onları məsləhətləri ürəyimə yatırsa, əməl edirəm. Nəinki biz, dünya ulduzları da bir-birindən görüb, götürür. Misal üçün, bir tanınmış brendin çantasını mən da istifadə edirəm, Cennifer Lopez də. Bunu niyə üzə çıxarmırlar? İnsanalr bir-birindən görüb, götürə bilər. Oxşarlıq da ola bilər”.