Olay
Olay

Hissdən Aslixana sərt sözlər

Hissdən Aslixana sərt sözlər

Müğənni Hiss (Röya Məmmədova) reper Aslixanın yutubdan mahnısını sildirməsi haqda açıqlama yayıb. 

OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda paylaşım edib. 

O, pərəstişkarlarının “İstəmirəm” klipinin silinməsi ilə bağlı suallarını cavablandırıb:

“İki gündür bütün sevənlərim “İstəmirəm” klipimin silinməsi barədə suallar yazır, artıq hamınıza bəllidir niyə silindiyi...İşimə, əməyimə ve haqqım olana uzanan əllər, edilən hörmətsizliklər hamınıza bəllidir.

Hər zaman susub işimi görüb, uğuruma uğur qatmışam. Məni sevənləri bu kimi şeylərlə yormamışam, amma bu dəfə də sussam, düşünürəm bu öz əməyimə qarşı özümün etdiyi hörmətsizlik olar. Əgər bir mahnı ilə bir artisti ulduz edə bilirlərsə niyə, yazılan mahnılar, edilən həmlələr hamısı uğursuz oldu? Əgər məni bu insan ulduz etdiyini sanırsa, niyə məndən sonra heç kəsi parıldada bilmir?

Artıq qəbullanmaq vaxtı deyil uğurumun açarının özüm olduğunu? Kiminlə işbirliyi qurdumsa, deyilən qonorarın artıqlaması ilə ödədim, bunu çalışdığım bütün insanlar təsdiqləyə bilər. Və mənim “vibe”im və “hype”imin yüksəldiyi mahnıları hər zaman komandamla paylaşaraq, uğuru hamımızın adına yazdım ...Amma gözü götürməyənlər heç vaxt həzm edə bilmədi, uğurumu, ulduzluğumu... Kim nə edir özünə edir , unutma "sirkə nə qədər tünd olarsa, öz qabını çatladar”.

Yenə mənə qarşı səviyyəsizcə atılan addım, bu nə sənətə sığar, nə də insanlığa.Mahnınızı oxuyub adınızı və qiymətinizi yüksəldən artistlərə qarşı belə təpik atmaq, çörəyinizə təpik atmaqdır. Mən qaldırdığım qiymətini dəfələrlə, israrla ucuzlaşdırmaq nəyə lazim idi ki? Hissdan əvvəl, Hissdan sonra qiymat və səviyyə farqi göz önündədir, illah da ucuzlaşmaq nə bilim vallah”.

Qeyd edək ki, Aslixan 2019-cu ildə Hissin ödəniş edib aldığı “İstəmirəm” mahnısını şikayət edərək yutubdan sildirib. Ondan yenidən mahnıya görə qonorar istəyib.