Dünən idman zalında vəfat edən Əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı treyner Fərid Eyyubov açıqlama verib.
OLAY yazır ki, o instaqram hesabında paylaşım edərək bu sözləri deyib:
“Bildiyiniz kimi, Azərbaycan böyük bir itki verdi. Əməkdar artist Cabir İmanov rəhmətə gedib. Allah ona rəhmət eləsin, yaxınlarına səbr versin. O çox dəyərli, çox yaxşı insan idi. Hadisə zalda baş verib, bəli, ancaq məşq zamanı baş verməyib. Cabir bəy zala daxil oldu, mənimlə görüşdü, sonra qəfil halı pisləşdi və bu hadisə baş verdi. Şəxsən mən özüm də tibbi yardım göstərməyə çalışdım, təcili tibbi yardım əməkdaşları gəldi, ancaq onu xilas etmək mümkün olmadı. Allah ona rəhmət eləsin, məkanı cənnət olsun.
Söz tapmaq çətindir. Zaldakı davranışı, sadəliyi, səliqəli geyimi, mədəniyyəti... Çox heyif ki, biz Cabir bəy kimi keyfiyyətli bir insanı itirdik.
Son nəfəsində biləyimi sıxmağını, gözümün içinə diqqətlə baxmağını unutmayacağam”.