Olay
Olay

“Dövlət işçisi olmaq istəyirəm” – Hacıbaba Bağırovun qızı

“Dövlət işçisi olmaq istəyirəm” – Hacıbaba Bağırovun qızı

Mərhum Xalq artisti Hacıbaba Bağırovun xanımı Arzu Bağırova və qızı Şölə Bağırova “Zaurla Günaydın” verilişində qonaq olub.

OLAY yazır ki, onlar həm sənətçidən, həm də hazırki həyatlarından danışıb.

Şölə deyib ki, Türkiyədə təhsil alır:

“Ankarada Hacettepe Üniversitetində siyasi elm və dövlət idarəçiliyi üzrə təhsil alıram. Birinci kursu bitirdim. Bizdə tədris ingilis dilindədir. Düzdür, çətindir, amma çalışmaq lazımdır. Həmişə siyasətə marağım olub. Özümün və insan hüquqlarını bilmək istəyirəm. Bu, mənə həm həyatda, həm də gələcəkdə kömək olacaq. Gələcəyimi Azərbaycanda görürəm. Hər zaman dövlət işçisi olmağı arzu etmişəm. İnsanların problemlərini həll etmək istəmişəm”.

Aktyorun qızı bildirib ki, atası rəhmətə gedəndə körpə olub:

“Şəkillərə baxanda o anları yada salmağa çalışıram. Bəzi məqamlar gözümün qarşısındadır, amma yuxu, ya gerçək olduğunu bilmirəm. Fəxr edirəm ki, Hacıbaba Bağırovun qızıyam”.

Arzu xanımın sözlərinə görə, H. Bağırovun  böyük oğlu Saşanın səhhətində problemlər var:

“Qızı Lalə dünyasını dəyişdi. Həm Saşa, həm də xanımı ilə zaman-zaman danışırıq, əlaqəmiz var. Onun da yaşı ilə əlaqədar səhhətində problemlər yaranıb. Artıq 74 yaşındadır. Hacıbaba müəllimin ilk övladıdır. Hacıbaba müəllim 16 yaşında ata olub. Saşanın anası rusdur”.