Olay
Olay

Bəhram rus dilində yazdı - Tənqid olundu

Bəhram rus dilində yazdı - Tənqid olundu

Əməkdar artist Bəhram Bağırzadə rus dilində yazdığı üçün onu tənqid edənlərə cavab verib.

OLAY yazır ki, bu barədə o, feysbukda status paylaşıb.

Aktyor bu sözləri yazıb:

“Uzun illərdir feysbuk səhifəmi izləyən bütün izləyicilərimə və oxucularıma müraciət etmək istəyirəm. Etdiyim iş çoxunun xoşuna gəlir, bəziləri isə o qədər bəyənmir ki, mənə hər cür bədlik və bəla arzulayırlar. Səhifəmi oxuya, ya da yan keçib yazılarımı görməzliyə vura, ana, ya da xarici dildə şərh yaza bilərsiniz. Amma səhifəmdə gördüyüm işlərə görə üstümə neqativ tökməyin! Xarici dildə yazmağımı bəyənməyənlərə bir sual vermək istəyirəm: “Bəs siz kimsiniz?”. Ana dilimdə deyil, xarici dildə arayış gətirdiyim mənzil istismar idarəsinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, hansısa komissiyanın üzvlərisiniz?

Təbii ki, ölkəmizin dövlət dili Azərbaycan dilidir, amma siz bu qədər ağıllı və maarifçi insanlar necə bilmirsiniz ki, Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin II hissəsi və 45-ci maddəsinin I hissəsi var ki, mən də daxil olmaqla istənilən Azərbaycan vətəndaşına - imkan verir ki, istənilən dildə oxuyaq, yazaq, danışaq və yaradaq! Biz müasir, demokratik və azad ölkədə yaşayırıq, əgər dövlətin ali qanunu mənə hər hansı dildən istifadə etmək hüququ verirsə, onda sizin nə haqqınız var ki, mənə nəyisə qadağan edəsiniz? Özünüzü Konstitusiyadan üstün hesab edirsiniz? Əgər belədirsə, onda bir psixoloq və ya psixiatrla əlaqə saxlamalısınız. Mən isə Bəhram Bağırzadə özüm üçün lazımlı və faydalı hesab etdiyim işlərlə məşğul olacam.

Mənimlə eyni dalğada olan bütün dostlarıma və həmfikirlərimə sülh, xeyir və firavanlıq arzulayıram. Səhifəmi, statuslarımı, hekayələrimi və digər mətnlərimi bəyənməyənlərə isə çıxış yolunu bildiyiniz üsulda səhifəmi tərk etməyi tövsiyə edirəm. Rəqəmlərin dalınca getmirəm, ona görə də bu gündən bütün neqativ insanları bloklayıb siləcəyəm. Əlvida, qaranlıq enerjinizi atmaq üçün başqa yer axtarın”.