Olay
Olay

“Aktrisalar, nəyin paxıllığın edirsiniz?”

“Aktrisalar, nəyin paxıllığın edirsiniz?”

AzTV-nin aparıcısı, tanınmış aktyor Sənan Ellez universitetdə təhsil alan tələbələrə çəkiliş barədə qoyulan qadağalardan danışıb.

OLAY yazır ki, bu barədə o, feysbukda post paylaşıb. Sənan qeyd edib ki, gələcəyin aktyorlarına icazə verməyən şəxslər onların müəllimləridir:

“Tələbələrinə çəkilmək qadağası qoyan aktyor və aktrisalar, nəyin paxıllığın edirsiniz? Ya istedadı 30 yaşına qədər saxlayıb “Netflix”ə ötürürsüz? Yaşadığımız məmləkətin sektoru budur. Nədir sizin bu istedadlarla dərdiniz? Özlərindən soruşanda “ayə, biz Malakanda oxuyanda “uje” “çəkilirdih”” deyirlər. Malakan da nə malakan imiş, dədə”.