Olay
Olay

“Pulu iki dəfə artıq versələr də, getməmişəm”

“Pulu iki dəfə artıq versələr də, getməmişəm”

Xalq artisti Röya Ayxan bir müddət əvvəl onun haqqında danışan müğənni Şəbnəm Tovuzluya cavab verib.

OLAY yazır ki, “Həmin Zaur” proqramında qonaq olan sənətçi aparıcı Zaur Kamalın “Bir nəfər deyir ki, 20 min verib onu ad günümə gətirərəm” sözlərini bu cür şərh edib:

“Bəzi məclislər olub ki, o pulu iki dəfə artıq versələr də, getməmişəm. Amma bəzi məclislər var ki, ora pulsuz getmişəm. Əgər bu xanım sənət aləmindəndirsə və onu tanıyıramsa, pulsuz gedərəm. Ad günü elə bir şeydir ki, gərək insanların arzusu yerinə yetsinHər şeyi nə pula, nə başqa şeyə bağlayaq. Pulsuz yerə söz verdiyim üçün gedərəm, nəinki pul verilən yerə”.