Uzun illərdir ailə qurub Türkiyədə yaşayan müğənni İradə İbrahimova yeni fotoları ilə özünü təkrarlayıb.
OLAY yazır ki, sənətçi 2007-ci ildə çıxardığı “Son qərar” klipindəki obrazı ilə Orçun Mutlunun obyektivi qarşısına keçib.
“Özümüzü müqayisə etmək məcburiyyətində olduğumuz tək insan yenə də keçmişdəki özümüzük”, - deyə, İradə paylaşımına yazıb.