Olay
Olay

Nigar yaşı ilə bağlı rəyləri lağa qoydu

Nigar yaşı ilə bağlı rəyləri lağa qoydu

Müğənni Nigar Camal sosial şəbəkə yaşı ilə bağlı rəy yazan izləyiciləri lağa qoyub.

OLAY yazır ki, sənətçi “Nigarın Avroviziyada 40 yaşı var idi. Hələ də yaxşı qalıb”, “Nigar Camalın 46 yaşı var” kimi ona yazılan şərhləri sosial media hesabında paylaşıb.

Camal “Maraqlı faktlardır, özüm də bilmirdim. Elə bil doğumumda onlar iştirak edib” sözlərini yazıb.

Qeyd edək ki, sənətçinin 41 yaşı var.