Olay
Olay

“Duadan başqa çarəmiz yoxdur”

“Duadan başqa çarəmiz yoxdur”

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayevin vəziyyəti qənaətbəxşdir.

Bu barədə OLAY-a sənətçinin xanımı Elvina Ağayeva məlumat verib. O, hazırda əməliyyat üçün Türkiyədə olan Elvinin həddindən artıq gücsüz olduğunu  söyləyib:

“Dərmanlarla əməliyyata hazırlayırlar. İmmuniteti nə qədər tez güclənsə, o qədər də tez əməliyyat olunacaq. Həqiqətən çətin və ağır günlərdən keçirik. Dua etməkdən başqa çarəmiz yoxdur.

Həkimlər demişdilər ki, hər günün öz hökmü var, hər şeyə hazırlıqlı olun. Demək olar ki, burada yuxu nədi bilmirik, hamımız Elvinin tezliklə əməliyyata hazır olmasını gözləyirik və dua edirik. İnşallah tez bir zamanda xoş xəbər verərik”.

Qeyd edək ki, Elvinin əməliyyatı üçün 90 min manat pul lazım idi. Bu məbləğ “Səni axtarıram” verilişində toplandı.