Olay
Olay

Tünzalə və Hiss bir arada!

Tünzalə və Hiss bir arada!

Xalq artisti Tünzalə Ağayeva bir müddət əvvəl tənqid etdiyi gənc ifaçı Hiss ilə bir araya gəlib.

OLAY yazır ki, onlar “Liatris Holdinq”in tərkibində fəaliyyət göstərən “MRH Agency”nin ad günündə görüşüb. İki sənətçi məclisdə səmimiyyətləri ilə diqqət çəkib.

Qeyd edək ki, bir müddət əvvəl Ağayeva Hiss haqqında “Uşaqlar Hissi yox, Tünzaləni dinləyəcək” açıqlamasını vermişdi. Hiss isə OLAY-a müsahibəsində Xalq artistinin nə dediyini başa düşmədiyini söyləmiş, “Yəqin ki, düz deyir. Məncə, sevir, bəyənir. Bu da qarşılıqlıdır” sözlərini səsləndirmişdi.