Qısa müddət ərzində Azərbaycanda populyarlıq qazanan və beynəlxalq leyblə əməkdaşlıq edən ilk müğənni Hiss OLAY-a özəl müsahibə verib.
O, konsertindən əvvəl suallarımızı cavablandıraraq yeni layihələri, geyim tərzi və ona söz atan sənətçilərdən danışıb.
İfaçı bu aralar səssiz qalmağının səbəbini də açıqlayıb. O, beş mahnısının işıq üzü görəcəyini bildirib:“Fırtına öncəsi səssizlikdir. Bir dəfəyə beş xit olar?”.
Hiss bir mahnı üçün 10 min manat ödəməsi ilə bağlı paylaşımına da aydınlıq gətirib:
“Sırf mahnıya 10 min verməmişəm. Danışıram da özüm üçün, siz də inanırsınız. Otururam deyirəm, bekarçılıqdır, instaqramı sıfırlayaq. Vay-vay mənə “qalıçka” vermirlər. Səhifəm iki dəfə spama düşüb. İnstaqram “mavi tık” vermir. Səy-səy adamlara verir, mənə yox. “Warner Music” hər şey əladır. Bir az disiplinlidirlər, mahnı çıxacaq, bir ay əvvəldən kliplə verməliyik. Məsələn, bu mahnınını göndərməmişdik deyə, bir ay sonraya qaldı”.
Sənətçi Xalq artisti Tünzalə Ağayevanın “Uşaqlar Tünzaləni dinləyəcək, Hissi yox” açıqlamasına da cavab verib:
“Tünzalə xanım, düz deyir də, konkret fikrini başa düşməmişəm. Yəqin ki, düz deyir. Məncə, sevir, bəyənir. Bu da qarşılıqlıdır”.
Müğənni üzərindəki obrazı özü yaratdığını, pencəyini kəsdiyini qeyd edib:
“Bu pencək uzun idi, gördüm ki, yaxşı deyil, özüm kəsdim Bir qayçım var, kəsmir, zorla kəsmişəm. Geyim tərzim “mood”uma görə dəyişir. Bəzən gündəlik həyatda daha yaxşı geyinirəm, nəinki çıxışlarımda. Yəqin ki, çox böyüklərimiz deyir ki, bu niyə belə gəlib dəlidir? Amma ortalamada yox. Bəlkə də deyirlər, mən fikir vermirəm”.
Hiss qonorar qiymətinin artması barədə söz-söhbətə də fikir bildirib: “Beş xit mahnım çıxsın, sonra fikirləşərəm. 100 minə yox, 200 minə olar”.